"Atletiko"nun yarımmüdafiəçisi Rodriqo De Paul karyarasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, argentinalı futbolçunun xidmətində "Əl Əhli" maraqlıdır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Ərəblər 29 yaşlı orta xətt oyunçusu üçün Madrid təmsilçisinə 32 milyon avroluq rəsmi təklif göndərib. Asiya təmsilçisi Argentina millisi ilə dünya çempionu olmuş təcrübəli futbolçunun özünə də cəlbedici maaş təklif edib.
Qeyd edək ki, "Atletiko" Rodriqo De Paulu 2021-ci ilin yayında "Udineze"dən transfer edib. Argentina yığmasının üzvü İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 88 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.