Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda ilk oyun keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan idmançısı Nicat Abasov Fabiano Karuana ilə qarşılaşıb. 28 yaşlı qrossmeysterimiz dünyanın 3 nömrəli şahmatçısını məğlub edib.
Nicat Abbasovla Fabiano Karuana arasında ikinci görüş sabah baş tutacaq. Şahmatçımıza üçüncü yer üçün bərabərlik kifayət edəcək.