"Trabzonspor"un hücumçusu İspaniya klubunda

22:09 - 22 Avqust 2023

Türkiyənin "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Maksi Qomesi "Kadis"ə icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uruqvaylı hücumçu 2023/2024 mövsümünü icarə əsasında "Kadis"də keçirəcək. İspaniya klubu 3,7 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Trabzonspor" Maksi Qomesi ötən ilin yayında "Valensiya"dan transfer edib. 27 yaşlı forvard Qara Dəniz təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti