"Araz-Naxçıvan" Çempionlar Liqasında son matçına çıxır

12:55 - 26 Avqust 2023

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində "Araz-Naxçıvan" bu gün son oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, təmsilçimiz meydan sahibi "Riqa" ilə qarşılaşacaq. İlk 2 oyunu cəzalı olduğuna görə buraxan Felipinyo bu dəfə komandaya kömək edə biləcək. Oyunu 3 ölkədən olan referilər idarə edəcək.

“Riqa” (Latviya) – “Araz-Naxçıvan”

26 avqust. Salaspils İdman Arenası. Saat 18:00

Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Martina Piccolo (İtaliya), Georgios Kozakos (Kipr)

Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Xəbər xətti