Fransanı Çempionlar Liqasında təmsil edən "Lans" heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, fransızlar "Lester"dən Nampalis Mendini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Mendi ötən mövsüm "Lester"lə 24 matçda bir qol vurub, bir məhsuldar ötürmə edib.
31 yaşlı futbolçu Seneqal millisinin üzvüdür. O, "Monako", "Nitsa" klublarında da çıxış edib.