"Çelsi"nin əfsanəsi Səudiyyə Ərəbistanına yollanır

17:08 - 7 Sentyabr 2023

Daha bir tanınmış futbol adamı Səudiyyə Ərəbistanında çalışmağa yaxındır.

Sportal.az xəbər verir ki, "Çelsi"nin sabiq futbolçusu, hazırda isə klubun akademiyasında çalışan Con Teri Asiyanın yolunu tutmağa hazırlaşır.

"ƏI-Şabab" klubu ingilis mütəxəssisə 2 illik müqavilə təklif edib. 43 yaşlı məşqçi ərəblərin təklifinə isti yanaşır. Təyinatın yaxşı günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2019-cu ildə futbolçu karyerasını başa vuran Con Teri "Çelsi"dən başqa "Aston Villa" və "Lester Siti"nin də akademiyasında məşqçi kimi işləyib.

Xəbər xətti