Türk hücumçu İtaliyanı İstanbula dəyişdi

16:13 - 9 Sentyabr 2023

Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Cenoa"dan Güven Yalçını icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçu 2023/2024 mövsümünü Super Liqa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Güven Yalçın 2022-ci ilin yayında "Beşiktaş"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Cenoa"ya keçib. Türk forvard İtaliya klubunun heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti