İordaniyalı futbolçu bir dəqiqəlik sükuta qoşulmadı - FOTO

20:06 - 12 Sentyabr 2023

Azərbaycan milli komandası belnəlxalq yoldaşlıq oyunu çərçivəsində Bakıda İordaniya seçməsini qəbul edir.

Sportal.az xəbər verir ki, matçdan öncə Mərakeşdə baş vermiş zəlzələnin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu zaman İordaniya yığmasının futbolçusu Rajaei Ayed sükuta qoşulmayıb. O, digər 21 futbolçudan fərqli olaraq kənarda dayanıb.

Qeyd edək ki, İordaniya millisinin baş məşqçisi Hussein Ammuta da Mərakeşdəndir.


Xəbər xətti