Eldəniz Əzizlidən sonra daha bir güləşçimiz dünya çempionatının qalibi olub.
Sportal.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mabarizə aparan Rafiq Hüseynov finalda iranlı rəqibini Əlirza Mohmadipianini məğlub edərək qızıl medal qazanıb.
****
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın 55 kq-da mübarizə aparan yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb. Gürcüstanlı Nuqzari Tsurtsumiaya qalib gələn 31 yaşlı idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Eldəniz Əzizlinin üçüncü dünya çempionluğudur.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.
saytlarin hazirlanmasi