Vüsal Albaniyada qol vurdu, əsgər salamı verdi - VİDEO

09:59 - 28 Sentyabr 2023

"Eqnatiya"nın formasını geyinən Vüsal İsgəndərli Albaniya çempionatında növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, İsgəndərlinin komandası "Vlajnia" ilə üz-üzə gəlib və matç "Eqnatiya"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Vüsal 49-cü dəqiqədə komandasının ikinci qolunu vurub.

O, 85-ci dəqiqədə əvəzlənib. "Eqnatiya" 6 turdan sonra 13 xalla liderdir.

Xəbər xətti