"Karvan" "Difai Ağsu"nu xalsız yola saldı - VİDEO

11:57 - 30 Sentyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında III tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Karvan" doğma meydanda "Difai Ağsu"nu qəbul edib. Qarşılaşma Kənan Kərimovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Karvan" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 1 xalı olan "Difai Ağsu" isə IX yerdədir.

"Karvan" - "Difai Ağsu" 2:0

Qollar: Elnur Mustafazadə, 71, İzzət Müştaqov, 76

Xəbər xətti