İnzaqi İtaliya klubunu çalışdıracaq

13:49 - 10 Oktyabr 2023

“Salernitana”a baş məşqçi postuna Filippo İnzaqini gətirməyi planlaşdırır.

Sportal.az “Football Italia”ya istinadən xəbər verir ki, Salerno təmsilçisi rəhbərliyi İnzaqi ilə görüşüb.

Onlar hazırkı baş məşqçi Paulo Souza ilə yolları ayırmağa hazırlaşır. İtaliya klubu yaxın günlərdə istefaya göndərilə biləcəyi güman edilir.

İnzaqi ilə ilkin danışıqlar isə uğurlu nəticələnib. “Salernitana” 8 turdan sonra 3 xalla 19-cu pillədə qərarlaşıb. 50 yaşlı məşqçi “Milan”, “Venetsiya”, “Bolonya”, “Benevento”, “Breşiya” və “Reccina” klublarını çalışdırıb.

Xəbər xətti