Azər Bağırov: "Uşaqları təzyiq altında oynatmaq istədik"

19:56 - 14 Oktyabr 2023

"Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov "Turan Tovuz"la 2:2 hesablı heçə-heçə etdikləri yoxlama oyununu şərh edib.

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis oyunun istədikləri kimi keçdiyini bildirib:

"Hazırkı məqamda yoldaşlıq oyunu keçirmək vacib idi. Çünki fasilə zamanı bəzi yükləmələr vermişdik, oyunlar zamanı müşahidə elədiyimiz çatışmazlıqlar var idi ki, onları aradan qaldırmaq istiqamətində işlər görmüşdük. Uşaqları təzyiq altında oynatmaq istədik. İki fərqli hissə keçirdik. Oyun istədiyimiz kimi alındı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq".

Xəbər xətti