Millimizin rəqibi asiyalılarla bərabərə qaldı

11:49 - 18 Oktyabr 2023

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Estoniya yoxlama görüşü keçirib.

Sportal.az xəbər verir ki, estonlar Tayland yığması ilə qarşılaşıb və matç 1:1 hesabı ilə başa çatıb.

“Sumqayıt”ın hücumçusu Erik Sorqa matçın 84-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, Azərbaycan millisi Estoniyanı Tallində 2:0 məğlub edə bilmişdi.

Xəbər xətti