"Liverpul" "Napoli"nin futbolçusunu istəyir

20:50 - 6 Noyabr 2023

"Napoli"nin yarımmüdafiəçisi Piotr Zielinski karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, polşalı futbolçu ilə "Liverpul" və "Vest Hem" maraqlanır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi yayda İtaliya klubu ilə müqaviləsi başa çatan 29 yaşlı orta xətt oyunçusunu pulsuz heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Napoli" Piotr Zielinskini 2016-cı ilin yayında "Udineze"dən transfer edib. Polşa millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 14 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti