"Real" və "Mançester Siti" "Bavariya"nın futbolçusunu istəyir

20:36 - 8 Noyabr 2023

"Real" yayda Kilian Mbappeni transfer edə bilməsə, ona alternativ tapıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin hədəfi "Bavariya"da çıxış edən Camal Musialanı heyətinə qatmaqdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Almaniya millisinin üzvünü "Mançester Siti" də transfer etmək istəyir. Pep Qvardiola 20 yaşlı vingeri Kevin De Brüynenin davamçısı kimi görür.

Qeyd edək ki, Camal Musiala cari mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti