"Qusar" 3 xalı 3 qolla qazandı - VİDEO

19:15 - 13 Noyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında XI turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Ağdaş"ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 23-ə yüksəldən "Qusar" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Ağdaş" isə 11-ci yerdədir.

"Qusar" - "Ağdaş" 3:1
Qollar: 
Orxan Qurbanlı, 24, Firudin Ağalarov, 32, Aslan Hüseynov, 51 - Xəzər Məmmədov, 60

Xəbər xətti