Futbol üzrə Azərbaycan II Liqasında XI tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün lider "Baku Sportinq" İmişlidə "Kür-Araz"ın qonağı olub. Qarşılaşma paytaxt təmsilçsinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 28-ə yüksəldən "Baku Sportinq" liderliyini davam etdirir. 15 xalı olan "Kür-Araz" isə 9-cu yerdədir.
"Kür-Araz" - "Baku Sportinq" 0:3
Qollar: Comərd baxşəliyev, 16, Hakan Həsənov, 47, Elməddin Hüseynzadə, 80