Millimizə məğlub olan baş məşqçi istefa verdi

16:55 - 20 Noyabr 2023

Avro-2024-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan İsveç millisində istefa reallaşıb.

Sportal.az xəbər verir ki, Yanne Andersson yığmanın baş məşqçisi postunu tərk edib. 61 yaşlı mütəxəssis seçmə mərhələnin son turunda Estoniyanı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra istefa verib.

İsveç millisi F qrupunu 3-cü pillədə başa vurub və Avropa çempionatına vəsiqə qazana bilməyib. Yanne Anderssonun rəhbərlik etdiyi kollektiv 16 noybar tarixində Bakıda millimizə 0:3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Yanne Andersson 2016-cı ilin iyun ayından İsveç millisini çalışdırırdı.

Xəbər xətti