U-21 yığmamızın forvardı penta-trik etdi, "Neftçi" qalib gəldi

16:49 - 27 Noyabr 2023

Bu gün Əvəzedicilər Liqasında 14-cü tura yekun vurulub.

Sportal.az xəbər verir ki, turun son oyun günündə daha iki oyun baş tutub. “Sumqayıt”ın əvəzedici heyəti “Zirə” ilə bərabərə qalıb. “Neftçi-2” isə evdə böyük hesabla qalib gəlib.

"Neftçi"nin əvəzedici heyəti 34 xalla liderdir. 

“Sumqayıt-2” – “Zirə-2” 1:1
Qollar
: Qabil Əlizadə, 21 - Ömər Qurbanov, 62

“Neftçi-2” – “Araz-Naxçıvan-2” 8:0
Qollar:
Ağadadaş Salyanskiy, 6, 15, 19, 31, 58; Bahadur Quliyev, 21; İbrahim Novruzov, 40; Murad Məmmədov, 68
 

Xəbər xətti