"Mançester Yunayted"in futbolçusu zədəsini sağaltdı

13:34 - 2 Dekabr 2023

"Mançester Yunayted"in müdafiəçisi Tayrell Malasia zədəsini sağaldıb.

Sportal.az xəbər verir ki, o, gələn ilin əvvəlində "qırmızı şeytanlar"ın matçlarında iştirak edə biləcək.

Dizindəki zədəni sağaldan niderlandlı yanvarda yaşıl meydanlara qayıdacaq.

Sol cinah müdafiəçisi yayda keçirdiyi əməliyyatdan sonra bu mövsüm hələ oynamayıb. Reabilitasiyası plan üzrə getmədiyi üçün onun əlavə cərrahiyyə əməliyyatına ehtiyac duyulub. 

Xatırladaq ki, Malasiya 2022-ci ildə “Feyenoord”dan “Mançester Yunayted”ə keçib.

Xəbər xətti