Təcrübəli forvard millidəki karyerasını başa vuracaq

17:18 - 5 Dekabr 2023

"Milan"ın hücumçusu Olivye Jiru millidə karyerası ilə bağlı qərar verib.

Sportal.az “Telefoot”a istinadən xəbər verir ki, təcrübəli hücumçu AVRO-2024-dən sonra millidəki karyerasını başa vuracaq.

O, bununla bağlı Fransa mətbuatına da açıqlama verib:

“Bu mənim son turnirim ola bilər, amma bundan sonra necə olacağını sizə deyə bilmərəm”. Jiru 2011-ci ildən Fransa millisində oynayır. O, 128 matça 56 qol vurub.

Xəbər xətti