Tanınmış qolkiper Avropa çempionatını buraxa bilər

19:38 - 6 Dekabr 2023

"Real" və Belçika millisinin qapıçısı Tibo Kurtua AVRO-2024-ü buraxa bilər.

Sportal.az "Radio Marca"ya istinadən xəbər verir ki, bu barədə qolkiper Madrid klubunun rəhbərliyinə məlumat verib.

Ona avqustun 10-da sol dizinin ön çarpaz bağının yırtılması diaqnozu qoyulub.

Belçikalı qolkiper sağalmasını davam etdirmək üçün yay tətilindən istifadə etməyi planlaşdırır.

Xəbər xətti