Adrian Mutu: "ÇFR Kluj"la heç bir müzakirəmiz olmayıb"

19:41 - 8 Dekabr 2023

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, " iAM Sport"a açıqlama verən rumıniyalı Azərbaycan futbolunun səviyyəsindən söhbət açıb:

Azərbaycanda həyatım yaxşı gedir. Buradakı çempionat çoxlarının Azərbaycan futbolu ilə bağlı təsəvvüründən çox fərqlidir. Burada futbol  Rumıniya ilə müqayisədə, daha çox gücə bağlıdır.  Bu mövsüm çempionatda bir-iki komandanın turnir cədvəlində xal baxımından irəlidə olduğu əvvəlki illərdən daha çox tarazlıq var. Burada yaxşı, səviyyəli beş komanda var. Azərbaycanlı futbolçular kaprizlidir? Futbolçular milliyyətindən asılı olmayaraq, ümumiyyətlə, kaprizlidirlər".

O, bir müddətdir ki, adının "ÇFR Kluj"la hallanmasına da aydınlıq gətirib: "ÇFR Kluj" la heç bir müzakirəmiz olmayıb. Ümumiyyətlə, bu mövzunu müzakirə etməyin mənası yoxdur".

Xəbər xətti