"Mançester Yunayted"in üzvü seçim qarşısında: üç klub onu istəyir

13:23 - 2 Yanvar 2024

"Mançester Yunayted"in cinah oyunçusu Ceydon Sanço uğrunda birdən-birə üç klub mübarizə aparır.

Sportal.az “The Telegraph”a istinadən xəbər verir ki, “Borussiya”(Dortmund), “Leyptsiq” və “Yuventus” ingilisə görə danışıq aparır.

Hər üç klub da yarımmüdafiəçini bu qış heyətinə qatmağı planlaşdırır.

Xatırladaq ki, Sançonun Erik ten Haaqla münaqişəsi olduğu üçün qış “transfer pəncərəsi”ndə Mançesteri tərk edəcəyi gözlənilir. 
 

Xəbər xətti