"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Braziliya klubunda

17:58 - 2 Yanvar 2024

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Ailton Silvanın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 28 yaşlı sol cinah müdafiəçisi "Amazonas" klubununa keçib. Məlumatı C Seriyası təmsilçisinin rəsmi saytı yayıb.

Təcrübəli arxa x.tt oyunçusu yeni klubu ilə bir mövsümlük müqavilə imzalayıb.

Qeyd edək ki, Ailton Silva 2015/2016 mövsümündə "Neftçi"də, 2019/2020 mövsümündə isə "Qarabağ"da çıxış edib.

Xəbər xətti