"Zirə" braziliyalı futbolçu ilə gücləndi

16:35 - 3 Yanvar 2024

Mövsümün ikinci yarısına hazırlaşa “Zirə” növbəti transferini həyata keçirib.

Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası “Qəbələ”nin sabiq futbolçusu Rafael Utziqlə anlaşıb.

Braziliyalı forvard yaxın günlərdə Azərbaycana gəlib müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafael Utziq 2020-2022-ci illərdə “Qəbələ”də çıxış edib. O, əyalət təmsilçisinin heyətində meydana çıxdığı 48 matçda 11 qola imza atıb.

Xəbər xətti