Səudiyyə Ərəbistanı Türkiyədən TƏZMİNAT TƏLƏB ETDİ

19:18 - 4 Yanvar 2024

Səudiyyə Ərəbistanı Futbol Federasiyası dekabrın 29-da baş tutmalı olan Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" futbol komandaları arasında Superkubok final matçının ləğv olunması səbəbindən təzminat tələb edib.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərəb rəsmilərin Atatürk formalı köynəklərin və plakatların stadiona buraxılmasına icazə verməmi səbəbindən hər iki türk klubu matça çıxmaqdan imtina ediblər.

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının bu qərara görə Türkiyədən 40 milyon dollar təzminat tələb etdiyi bildirilir.

Baş verən qalmaqaldan sonra Türkiyə futbol ictimaiyyəti federasiya prezidentini istefaya səsləyiblər.

(Publika.az)

Xəbər xətti