"Araz-Naxçıvan" ilk transferini rəsmiləşdirdi

13:55 - 9 Yanvar 2024

“Araz-Naxçıvan” futzal klubu 2024-cü ildə ilk transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, ölkə çempionu Andre Korrea dos Santos Juniorla anlaşıb.

Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış etmiş hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk ediblər.

Xəbər xətti