"Qarabağ"ın rəqibi "Benfika"ya uduzdu

13:10 - 11 Yanvar 2024

Futbol üzrə Portuqaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki. Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" səfərdə "Benfika"nın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Braqa" kubokda mübarizəni dayandırıb.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti