"Barselona" "Real"la matça itki ilə çıxacaq

21:48 - 12 Yanvar 2024

"Barselona"nın futbolçusu Rafinya sıradan çıxıb.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı bud nahiyəsindən zədələnib. 

Belədə, o, İspaniya superkubokunun "Real"la matçında meydana çıxa bilməyəcək. 

Yarımmüdafiəçinin bu mövsüm "Barsa"nın heyətində 18 matçda meydana çıxıb və 3 qol vurub, 7 məhsuldar ötürmə edib. O, 2027-ci ilin iyun ayının sonuna qədər Kataloniya klubuna məxsusdur. 

Qeyd edək ki, İspaniya superkubokunun final görüşündə "Barselona" ilə "Real" qarşılaşacaq. Matç yanvarın 14-də Səudiyyə Ərəbistanında keçiriləcək. 

Xəbər xətti