Bölgə klubu 10 futbolçu ilə yollarını ayırdı

13:07 - 18 Yanvar 2024

II Liqada mübarizə aparan "Lerik" 10 futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cənublular Rəvan Quluzadə, Əflatun Məmmədov, Qədir Həsənov, Nicat Səfərov, Balarza Qədirli, Rahid Ağazadə, Şəhriyar Zərbəliyev, Namiq Salayev, Xətai Ramazanlı və Məhəmməd Məmmədzadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, "Lerik" II Liqada 14 turdan sonra 12 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Xəbər xətti