Haaland Messi və Mbappeni qabaqladı

14:57 - 20 Yanvar 2024

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “Globe Soccer” mükafatına layiq görülüb.

Sportal.az xəbər verir ki, 23 yaşlı norveçli forvard hər kəsi qabaqlayaraq 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Halanddan başqa, bu mükafata Cud Bellingem (“Real”), Kərim Benzema (“Əl-İttihad”), Kevin De Bröyne (“Mançester Siti”), Kilian Mbappe (PSJ), Lionel Messi (“İnter Mayami”), Viktor Osimhen (“Napoli”), Məhəmməd Salah (“Liverpul”), Kriştiano Ronaldo (“Əl-Nəsr”), Bernardo Silva (“Mançester Siti”) və Vinisius Junior (“Real”) da namizəd idi.

Qeyd edək ki, Mükafatın 2022-ci ildəki qalibi Kərim Benzema olub.

Xəbər xətti