"Fənərbaxça"nın sabiq kapitanı "Qalatasaray"a keçə bilər

15:55 - 20 Yanvar 2024

"Qalatasaray" Fernando Musleradan sonrakı dönəm üçün qapı xəttinə axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Altay Bayındırdır. Bu barədə "A Spor" kanalı məlumat yayıb.

İstanbul təmsilçisi İngiltərə klubunda heyətə düşə bilməyən qolkiper üçün ilkin danışıqlara start verib. Andre Onananın kölgəsində qalan türk qapıçı özü də daha çox forma şansı qazana biləcəyi komandaya getməkdə maraqlıdır.

Altay Bayındır "Mançester Yunayted"ə mövsümün əvvəlində "Fənərbaxça"dan transfer olunub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Qeyd edək ki, Altay 2019-2023-cü illərdə "Fənərbaxça"da çıxış edib. Türkiyə millisinin üzvü "sarı-lacivərtlilər"in heyətində 145 oyun keçirib. 25 yaşlı "əlcək sahibi" komandanın kapitanı olub.

Xəbər xətti