"Beşiktaş" futbolçusunu icarəyə verdi

16:20 - 20 Yanvar 2024

"Beşiktaş" yarımmüdafiəçi Kerem Atakan Kesgini icarəyə verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı futbolçunu "Sivasspor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk futbolçu 2023/2024 mövsümün ikinci yarısında "Sivasspor"un uğurları üçün çalışacaq.

Qeyd edək ki, Kerem Atakan Kesgin bu mövsüm "Beşiktaş"ın heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti