"Neftçi"nin yeni transferi: "Məqsədlərimdən biri çempionatın bombardiri olmaqdır"

12:47 - 24 Yanvar 2024

"İlk təəssüratım odur ki, əvvəl tanımadığım futbolçular məni çox yaxşı qarşıladılar. Xüsusən də, latın amerikalılar komanda haqda mənə yaxşı sözlər dedilər. Baş məşqçi ilə də aramızda görüş oldu. Ümid edirəm ki, tez bir zamanda komandaya uyğunlaşa biləcəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Brayan Moreno klubun televiziya kanalına açıqlamasında deyib. O, Bakı şəhərini bəyəndiyini söyləyib: 

"Neftçi"dən təklif aldıqdan sonra həm klub, həm də Bakı şəhəri haqda məlumat toplamağa başladım. Şəkillərdən gördüyüm kimi Bakı gözəl və böyük şəhərdir. Hələ ki, şəhəri gəzməyə və tanımağa vaxtım olmayıb. İlk fürsətdəcə şəhərlə tanış olacam. "Neftçi"də əsas məqsədlərimdən biri komanda ilə titullar qazanmaq və çempionatın bombardiri olmaqdır. Azarkeşlərə demək istəyirəm ki, hər zaman stadiona gələrək bizi dəstəkləsinlər. Onlar 12-ci oyunçudur. Bizə hər zaman dəstək verməyə davam etsinlər".

Qeyd edək ki, "Neftçi" kolumbiyalı forvardla 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti