"Turan Tovuz" hücumçusu ilə yollarını ayırdı

20:20 - 24 Yanvar 2024

"Turan Tovuz"da qış fasiləsində ikinci ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Martin Petkovla yollarını ayırıb. Bolqarıstanlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Martin Petkov mövsümün əvvəlində "Turan Tovuz"a keçmişdi. 21 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Turan Tovuz" Sertan Taşkınla da yollarını ayırıb. 26 yaşlı sağ cinah müdafiəçisi Türkiyənin "Manisa" klubuna keçib.

Xəbər xətti