"Braqa"nın aparıcı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

22:16 - 25 Yanvar 2024

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” aparıcı oyunçusu Brumanı itirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  Portuqaliya təmsilçisinin yarımmüdafiəçisinin sağ dizində menisk yırtığı diaqnozu qoyulub. 

O, gələn bazar ertəsi əməliyyat olunacaq. Cinah oyunçusunun 4-6 həftə meydanda olmayacağı gözlənilir. 

Belədə, onun “Qarabağ”la matçlarda iştirak etməyəcəyi dəqiqləşib. “Qarabağ”ın “Braqa” ilə matçları fevralın 15-i və 22-də baş tutacaq 
 

Xəbər xətti