"Liverpul"un baş məşqçi postuna əsas namizəd bəlli oldu

13:34 - 27 Yanvar 2024

"Bayer"in baş məşqçisi Xabi Alonso iş yerini dəyişməyə yaxındır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisə "Liverpul"dan təklif gəlib.

Alonsonun mersisaydlıların baş məşqçi postuna əsas namizəd olduğu bildirilir. Artıq İngiltərə klubunun rəhbərliyi Xabi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Yurgen Kloppun mövsümün sonunda İngiltərə klubu ilə əməkdaşlığa son qoyacağı açıqlamışdı.
 

Xəbər xətti