"Füzuli" "Qusar"ı məğlub etdi - VİDEO

17:54 - 5 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Füzuli"ni qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 32-yə yüksəldən "Füzuli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 29 xalı olan "Qusar" isə 5-ci yerdədir.

"Qusar" - "Füzuli" 1:3
Qollar: 
Viqar Əlibabayev, 77 - Elvin Nəsibov, 17, Emin Quliyev, 51, Mirkamil Əliyev, 73
Qırmızı vərəqə: Kamil Nəzərli, 19

Xəbər xətti