"Milan" və "Napoli" türk futbolçunu transfer etmək istəyir

18:49 - 9 Mart 2024

"Lill"in futbolçusu Yusuf Yazıcı mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi Fransa klubu ilə yayda başa çatan müqaviləsini uzatmayacaq. Bu barədə "RMC Sport" məlumat yayıb.

Yusuf karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Azad agent statusunda olacaq 26 yaşlı orta xətt oyunçusunun xidmətində "Milan" və "Napoli" maraqldıır.

Qeyd edək ki, "Lill" Yusuf Yazıcını 2019-cu ilin yayında "Trabzonspor"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti