Andrey Lunyovdan gələcəyi ilə bağlı açıqlama

15:53 - 22 Mart 2024

Rusiya milli komandasının düşərgəsində olan "Qarabağ"ın qapıçısı Andrey Lunyov ölkəsinin mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper gələcəyi haqda danışıb. O, hazırda bütün diqqətinin millinin oyunlarında olduğunu bildirib:

"Hələlik diqqətimi millinin qarşıdakı oyunlarına cəmləmişəm. Daha sonra kluba qayıdacağam. Orada verilən tapşırıqları yerinə yetirməliyəm. Sonrasına baxarıq".

Qeyd edək ki, Andrey Lunyov bu mövsüm "Qarabağ"ın heyətində 26 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi mövsümün sonuna kimidir.

Xəbər xətti