"Liverpul"un baş məşqçisinə 2 oyunluq cəza verildi

16:53 - 26 Fevral 2025

İngiltərə Futbol Federasiyası "Liverpul"un baş məşqçisi Arne Slotu cəzalandırıb.

Sportal.az xəbər verir ki, niderlandı mütəxəssisə və onun köməkçisi Sipke Hulşoffa 2 oyunluq cəza verilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məşqçilər Mersisayd derbisindəki davranışlarına görə cəzaya məruz qalıb. "Everton"la 2:2 hesablı bərabərliklə başa çatan matçdan sonra Arne Slot və onun köməkçisi hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr səsləndirib.

Slot Premyer Liqada "Nyukasl" və "Sauthempton"la oyunlarda texniki zonada yer ala bilməyəcək.

Xəbər xətti