"Real" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Liverpul"la 1 aylıq müqaviləsi qalan Trent Aleksandr-Arnoldu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Real" İngiltərə millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Trent Aleksandr-Arnold "Liverpul"un yetirməsidir.26 yaşlı sağ cinah müdafiəçisi Mersisayd təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 354 rəsmi matçda 23 qol və 92 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi