"Ayaks"la yollarını ayıran Cordan Henderson İngiltərədə oynayacaq.
Sportal.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü karyerasına ölkəsində davam edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçilərindən “Brentford”la razılığa gəlib.
Henderson yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cordan karyerası ərzində “Koventri”, “Liverpul”, “Sanderlend” və “Əl-İttifaq” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi