"Neftçi" daha bir keçidi rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" Venesuela millisinin üzvü Freddi Varqasla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi 26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülüb.
26 yaşlı futbolçu 2025/26 mövsümündə “ağ-qaralar”ın formasını geyinəcək. Varqas Venesuela millisində 3 oyuna çıxıb. O, karyerası ərzində "Deportivo Lara", "Dallas", "Nort Texas", "Metropolitanos", "Makkabi Bney Reyneh" klublarında oynayıb.
saytlarin hazirlanmasi