"Mançester Siti"nin sabiq futbolçusu Qvardiolanın köməkçisi oldu

20:35 - 15 İyul 2025

Kolo Turenin Pep Qvardiolanın məşqçi heyətinə qoşulduğu açıqlanıb.

Sportal.az xəbər verir ki, "Mançester Siti" 44 yaşlı mütəxəssisin baş məşqçinin köməkçisi təyin olunduğunu rəsmən elan edib.

Ture 2009–2013-cü illərdə "şəhərlilər"in heyətində çıxış edib və komandaya İngiltərə çempionluğu, kuboku və Superkuboku qazandırıb.
2024-cü ildən etibarən "Mançester Siti"nin U-18 komandasında baş məşqçinin köməkçisi kimi çalışırdı.

Bundan əvvəl isə Kolo "Uiqan"ın əsas komandasına rəhbərlik etmişdi.

Xəbər xətti