"Latsio" azarkeşləri klub rəhbərliyinə qarşı etiraz aksiyası keçiriblər.
Sportal.az xəbər verir ki, "Corriere della Sera"nın məlumatına görə, bu gün Romada "Latsio" azarkeşlərinin klub prezidenti Klaudio Lotitoya qarşı etiraz yürüşü baş tutub. Aksiya təşkilatçılarının sözlərinə görə, təxminən 8 000 nəfər yürüşdə iştirak edib. Etiraz plakatlarından birində belə yazılıb: "Onu bura siyasət gətirdi, siyasət də uzaqlaşdırmalıdır."
Aksiya zamanı azarkeş nümayəndə heyəti Romada böyük tədbirlər, idman, turizm və moda üzrə şəhər müşaviri Alesandro Onorato ilə görüş keçirib. Görüşdə "Latsio"nun maraq göstərdiyi "Flaminio" stadionunun yenidən qurulması məsələsi müzakirə olunub.
saytlarin hazirlanmasi