"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Kristal Pelas"da çıxış edən Ebereçi Ezenin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Topçular" İngiltərə millisinin üzvü üçün onun klubuna 77 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Kristal Pelas" Ebereçi Ezeni 2020-ci ilin yayında QPR-dən transfer edib. 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi