"Portu"nun futbolçusu Rodriqo Mora karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Əl-İttihad" portuqaliyalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Record" nəşri məlumat yayıb.
18 yaşlı ön xətt oyunçusunun klubu ilə müqaviləsində 70 milyon avroluq sərbəstqalma məbləği var. Ərəblər gənc oyunçu üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Rodriqo Mora "Portu"nun yetirməsidir. Portuqaliya millisinin üzvü ötən mövsüm "əjdahalar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi